İşgüzar Səhər Yeməyi “Tuplan Park Hotel” – 16.08.2025

Marsol Region partnyorları, avqustun 16-da Şəki şəhərində yerləşən “Tulpan Park Hotel”də “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib.
Görüş zamanı partnyorlar arasında biznesə dair məsələlər, əməkdaşlıq imkanları və Marsol Group-un fəaliyyət istiqamətləri haqqında müzakirələr aparılıb.
Daha sonra “Tulpan Park Hotel”in təsisçisi Rafael Məmmədov iştirakçılara otelin imkanları, xidmətləri, müasir dizaynı və rahatlığı ilə bağlı məlumat verib. Rafael bəy, qonaqlarla otelin ərazisində ekskursiya edərək, müasir standartlara cavab verən xidmətlərin təqdim olunduğu müxtəlif sahələri göstərib.

This will close in 0 seconds