8 avqust tarixində Təhsilin İnkişafı Fondu ilə Marsol Group arasında məhsuldar onlayn görüş baş tutub. Görüşdə Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov iştirak edərək, həyata keçirilən layihələr barədə Marsol Group partnyorlarını məlumatlandırıb.
Görüşdə ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirim imkanlarından faydalanmasını təmin etmək məqsədi daşıyan “TələbəPlus” layihəsi, eləcə də azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılmasını təmin edən “Qarabağ Təqaüd Proqramı” haqqında məlumat verilib.
Təhsil sahəsinin inkişafına dəstək verən və tələbələrin sosial rifahını artırmağı hədəfləyən bu layihələr, Marsol Group-un da əhatə etdiyi biznes şəbəkəsi üçün yeni əməkdaşlıq imkanları yaradır. Görüş zamanı layihənin genişləndirilməsi və tərəfdaş şirkətlərin dəstəyi ilə tələbələrə daha çox imkanlar təqdim edilməsi yolları müzakirə edilib.
