Avqustun 6-sı “Mado” restoranında Marsol Group partnyorları ilə “İşgüzar Səhər Yeməyi” baş tutub.
Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib.
İşgüzar görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyri-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Vüsalə Mütəllimova iştirak edib. Onlar təmsil etdikləri sahələr üzrə aktual məsələlərə toxunaraq fikir mübadiləsi aparıblar.
Görüş əməkdaşlıq imkanlarına yönəlmiş müzakirələrlə davam edib, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim edilib.
İştirak edən şirkətlər:
Logitrans
İschool Tədris Mərkəzi
MOON Group
SİS Collection
İndiqator Avto
Besttech
NANO
De Promo
VMR Tekstil
Gestalt
Storm Engineering
Constra Tech
Unilegal Consulting
HR Engineering
AL Group
BMY Caspian
Kapital Bank
DMA
Paşa Sığorta
Az Parking
Arter
Altent.az
TKTA
Temhopool
Azali
Şəms Tərcümə