“Sirab” — Azərbaycanın təbiətindən gələn saf güc, hər damlasında həyat olan bir mineral su brendidir.
Sirab mineral su yatağından sənaye məqsədilə istifadə XX əsrin ortalarına, 1950-ci illərə dayanır. 1968-ci ildə yatağın rəsmi ehtiyatları hesablanaraq Moskvanın Dövlət Ehtiyatlar Komissiyası tərəfindən təsdiqləndi və həmin il Azərbaycanın ən böyük mineral sudoldurma zavodlarından biri Sirabda istifadəyə verildi.
Sovet İttifaqının süqutundan sonra Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaranmış, 2003-cü ildə Sirab zavodu Açıq Səhmdar Cəmiyyəti statusu alaraq fəaliyyətini daha da genişləndirmişdir. Müasir texnologiyalarla təchiz edilən müəssisə bu gün Avropa, Türkiyə və Rusiyadan gətirilmiş avadanlıqlar sayəsində yüksək keyfiyyətli istehsal imkanlarına sahibdir.
İstehsal gücü və məhsul çeşidləri
Hazırda Sirab zavodunda 7 müasir texnoloji xətt üzrə 4 əsas istehsal sahəsi fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız təbii mineral süfrə suları müxtəlif həcmli PET və şüşə butulkalara doldurularaq istehsal olunur. Sirab portfelində 21 çeşiddə məhsul yer alır – 0.2 litrdən 19 litrə qədər olan qablaşdırmalarla, həm klassik, həm də premium segmentə uyğun məhsullar istehsal edilir.
Təbii tərkib
Sirab suyunun formalaşmasında yerin dərin qatlarında baş verən geoloji proseslər mühüm rol oynayır. Çat damar tipli bu mineral sular Na/Cl əsaslı tərkibi ilə seçilir və onların minerallığı qazlı sular üçün 1,5–3,3 q/l, qazsız sular üçün isə 0,10 q/l təşkil edir. PH göstəricisi – 7.4 səviyyəsindədir. Qaz tərkibində üstünlük təşkil edən karbon qazı (97,5–99,9%) suya təbii təbii təzəlik və müalicəvi keyfiyyət bəxş edir.
Keyfiyyət və beynəlxalq sertifikatlar
“Sirab” ASC-də bütün istehsal prosesləri ISO 9001:2015 və ISO 22000:2005 keyfiyyət standartlarına uyğun olaraq qurulmuşdur. Almaniyanın “IQNET” və “DQS” beynəlxalq sertifikatlaşdırma təşkilatları tərəfindən təsdiqlənmiş bu standartlar Sirab suyunun həm daxili bazarda, həm də beynəlxalq səviyyədə keyfiyyət göstəricisidir.
İxracat və qlobal uğurlar
“Sirab” bu gün təkcə Azərbaycan bazarında deyil, eyni zamanda Rusiya, Türkiyə, Belarus, Qazaxıstan, Çin, İran, Qətər, Polşa, Kuveyt, Ukrayna, Baltikyanı ölkələr və digər regionlarda da 15-dən çox ölkədə satışdadır. Məqsədimiz – Avropa bazarında güclü mövqe tutmaq və dünyanın dörd bir yanında Sirab keyfiyyətini tanıtmaqdır.
Ünvan: Naxçıvan MR, Babək rayonu, Sirab kəndi
Mobil: +99436 541-81-13 \ +99436 554-01-61
web: www.sirab.az
e-mail: [email protected]
Facebook: SirabAsc
Instagram: sirabasc