SDA Consulting MMC – Azərbaycan və ondan kənarda yaşayış və kommersiya sahələri üzrə daşınmaz əmlak layihələrinin inkişafı üzrə ixtisaslaşmış aparıcı konsaltinq şirkətidir.
Daşınmaz Əmlak sahəsində15 ildən artıq təcrübəyə malik komandamız bazar haqqında dərin biliklər və effektiv həll yolları təqdim etməklə fərqlənir.
Biz hər bir layihənin unikal tələblərinə uyğun strategiyaların işlənib hazırlanmasında ixtisaslaraq onların uzunmüddətli uğuruna yönəlmiş konkret fəaliyyət planları təqdim edirik. Layihə üzərində işləyərkən məqsədimiz hər bir layihənin bu gün olduğu kimi, növbəti 5-10 il ərzində də aktuallığı və dəyərini qorumaqla dayanıqlı inkişaf və gəlirliliyi təmin etməkdir.
SDA Consulting MMC aşağıdakı sahələr üzrə xidmət göstərir.
Daşınmaz əmlakın inkişafı üzrə konsaltinq: mövcud və ya planlama mərhələsində olan layihələr üçün konsepsiyanın hazırlanması, texniki hələrin verilməsi və inkişaf mərhələlərinin idarə edilməsi üzrə dərin təcrübə sayəsində ideyadan başlamış reallaşmaya qədər olan dövr ərzində müştərilərimizə strateji dəstək göstəririk. Bu xidmətə əmlakın yerləşməsi, tikinti potensialı, memarlıq həlləri və maliyyə effektivliyi üzrə tövsiyələr daxildir.
Kommersiya sahələrinin icarəsi və satışı: Kommersiya obyektlərinin uğurlu icarəsi və satışı üzrə xidmətlər təqdim edirik. Bu sahədə fəaliyyətimizə bazar təhlili, qiymətləndirmə, alıcı və icarədarların cəlb olunması, hüquqi dəstək və müqavilə mərhələsində dəstək daxildir. Məqsədimiz əmlak sahibləri və investorlar üçün kommersiya sahəsinin yerləşməsini nəzərə alaraq konsepsiyaya uyğun maksimal gəlir və dəyər yaratmaqdır.
Bazar araşdırması və analitik təhlil: Çalışdığımız layihələrlə əlaqədar düzgün qərarların verilməsi üçün əhatəli bazar araşdırmaları aparırıq. Təhlillərimiz mövcud trendləri, rəqabət mühitini, hədəf auditoriyanın davranışlarını və investisiya potensialını əhatə edir. Bu yanaşma müştərilərimizin riskləri azaltmasına və imkanlardan maksimum fayda əldə etməsinə şərait yaradır.
Daşınmaz Əmlak üzrə marketinq strategiyası: Rəqabət mühitində daşınmaz əmlakın bazara effektiv təqdimatını etmək üçün brendinq, kommunikasiya, reklam kampaniyaları, rəqəmsal marketinq həlləri, satış materiallarının hazırlanması və müştəri əlaqələrinin qurlulması. Burada məqsəd əmlakın dəyərini artırmaq və satış prosesini sürətləndirməkdir.
Daşınmaz Əmlak Obyektləri və Aktivlərinin İdarəedilməsi üzrə Tövsiyyələr: Əmlakın uzunmüddətli səmərəliliyini təmin etmək üçün effektiv idarəetmə modelləri və texniki həllər təklif edirik. Bu tövsiyələrə texniki xidmət planları, xərclərin optimallaşdırılması, icarədar və icarəçi münasibətləri, əmlakın ümumi dəyərinin qorunması üzrə yanaşmalar daxildir. Bizim məqsədimiz əmlakın dayanıqlı və gəlirli şəkildə idarə olunmasını təmin etməkdir.
Şirkətimizin ixtisaslaşdığı daşınmaz əmlak növlərinə aşağıdakılar daxildir:
- Ticarət Mərkəzləri
- Yaşayış Binaları
- Çoxfunksiyalı Binalar
- Pərakəndə və Kommersiya Obyektləri
- Ofis Binaları
Ünvan: Nəsimi rayonu, Üzeyir Hacıbəyov 62, Marine Plaza, 10-cu mərtəbə
Mobil: +99451 244 53 53
web: www.sdaconsulting.az
e-mail: [email protected]
Facebook: SDA Consulting
İnstagram: sda.consulting