“Elseo MMC” şirkəti 2009-cu ildən müxtəlif adlarla informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərir. 2018-ci ildən isə rəqəmsal marketinqin əsas istiqamətlərindən biri olan SEO (Axtarış Sistemlərində Optimizasiya) üzrə ixtisaslaşaraq digər şirkətlərimizdən ayrılıb və ancaq axtarış sistemləri üzrə xidmətləri göstərən yeganə şirkətdir. Həmçinin axtarış sistemləri ilə əlaqədar olan SEM (Axtarış Sistemlərində Marketinq) və ORM (Onlayn Reputasiya Menecmenti) xidmətləri də təklif edirik.

Komanda üzvlərimiz SEO ( Search Engine Optimization ) sahəsində 10 ilə yaxın təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Şirkətin əməkdaşları öz sahələrində uğurlu nəticələr əldə etməyə və inkişafa böyük diqqət yetirir. Hazırda şirkətimizdə informasiya texnologiyaları sahəsində nəinki ali ixtisas təhsilli, həm də böyük praktiki iş təcrübəsi olan mütəxəssislər işləyir. Əməkdaşlarımız sahə üzrə yenilikləri daim izləyir, periodik olaraq fiziki və onlayn kurslara qatılaraq biliklərini artırırlar. Aşağıda əməkdaşlarımızın iştirak etdiyi kursları və aldığı bir sıra sertfikatların siyahısını təqdim edirik:

Hər bir şirkətin əsas göstəricisi onun əməkdaşlarıdır. Biz isə öz kollektivimiz ilə xüsusilə fəxr edirik. Bizim yüksək səviyyəli mütəxəssislərimiz yalnız yerli bazar ilə kifayətlənməyib, xarici metodikalar, qlobal layihlər və alətlərlədə işləməyi bacarırlar. Bu isə onların hər bir işdə uğurlu nəticələr əldə etməsinə yardımcı olmaqdadır. Bizim uğurumuzda önəmli faktorlardan biri də dünyada ən məhşur ödənişli əsaslarla fəaliyyət göstərən SEO alətlərindən (Ahrefs, Semrush, Moz Pro, Keyword Tool, Buzzsumo, Alexa, Majestic, SERPSTAT, SpyFu və s.) istifadə etməyimizir. Bu alətlər resursun ətraflı analiz edilməsi ilə yanaşı, düzgün SEO audit, açar sözlərin çıxarılması, kompleks rəqib analizi, detallı hesabatların əldə olunması və s. kimi üstünlüklərlə təmin edir. Həmçinin proqramlaşdırma sahəsində təcrübəyə malik əməkdaşlarımız, “məzmun üzrə SEO” ilə yanaşı, “Texniki SEO” üzrə tapşırıqların yazılmasını təmin edir ki, bu bizim digər rəqiblərimizdən daha öndə olmağımızda əsaslı rol oynayır.

Ünvan: Ə.Rəcəbli 156, AYNALI PLAZA, 6-cı mərtəbə, ofis

Telefon: +99455 434 33 03

web: elseo.az

e-mail: [email protected]

Facebook: elseo.az

İnstagram: elseo.az