AZ Tyre Portal

AZ Tyre Portal MMC – Azərbaycan Avtomobil Təkər Portalı olaraq fəaliyyət göstərir. Sektor üzrə istənilən növ minik, 4×4 SUV, OFF-Road, yüngül yük, ağır yük, kənd təsərrüfatı və ağır sənaye təyinatlı təkər və akkumulyatorların satışı və düzgün seçimi təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir.

İstər şəxsi avtomobiliniz, istərsə də şirkətinizin avtomobil və texnikası üçün doğru təyinatlı və keyfiyyətli təkər və akkumulyator seçimi, həmçinin etibarlı və uzunmüddətli tərəfdaşlıq üçün aşağıdakı üstünlüklərimizdən yararlanmağınızı tövsiyə edirik:

  • 15 illik təcrübəyə malik peşəkar mütəxəssislər
  • Geniş məhsul çeşidliliyi və sürətli seçim imkanı
  • Keyfiyyətli və etibar edə biləcəyiniz məhsul və xidmətlər
  • Təkər və akkumulyatorla bağlı yaranan istənilən problemi operativ şəkildə həll etmək bacarığı

Missiyamız

Müştərilərimizə keyfiyyətli, etibarlı və düzgün təyinatlı təkər və akkumulyator məhsulları təqdim etmək. Şəffaf xidmət, peşəkar yanaşma və hər zaman müştəri məmnuniyyətinə əsaslanaraq müştərilərimizin güvənini qazanmaq və uzunmüddətli əlaqələr qurmaq əsas məqsədimizdir. Hər zaman rahat, təhlükəsiz və inandırıcı alış təcrübəsi təqdim edərək müştərilərimizin güvənini qazanır və qoruyuruq.

Şirkətimizin Görüşü

Azərbaycanın ən güvənilən təkər və akkumulyator platforması olmaq. Hər növ nəqliyyat vasitəsi üçün düzgün məhsul seçimi və yüksək xidmət standartları ilə sektorda dəyər yaratmaq. Müştərilərimizin ehtiyaclarını diqqətlə dinləyərək, onların güvənliyini və rahatlığını hər zaman təmin etmək.

Gələcəyə Baxışımız

Rəqəmsal texnologiyaların imkanlarından istifadə edərək xidmət sahəmizi genişləndirmək və innovativ satış həlləri ilə regionda lider platformaya çevrilmək. Müştərilərimizlə qurduğumuz etibarlı əlaqələr və daimi inkişafla uzunmüddətli etibarını qorumaq hədəfimizdir.

Ünvan: Bakı, Yasamal Şəfayət Mehdiyev küçəsi

Mobil: +994 10 220 10 88

web: https://tyreportal.az/

E-mail: [email protected]

instagram: @tyreportal.az

Facebook: Tyreportal.az