14 iyun – Ümumdünya Qan Donoru Günü münasibətilə Səhiyyə Nazirliyi Respublika Qan Bankında tədbir keçirilib. Tədbirdə qan donorluğunun əhəmiyyəti və bu sahədə görülən işlər müzakirə olunub.
Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev qan donorluğunun əhəmiyyətini vurğulayıb, təhlükəsiz qan və qan komponentlərinə olan tələbatın təmin edilməsi, donor qan banklarının inkişafı ilə bağlı görülən işlərdən bəhs ediblər.
Tədbirdə bir sıra dövlət və özəl təşkilatların əməkdaşları, fərdi donorlar iştirak ediblər. Həmçinin, könüllü qanvermə hərəkatına dəstək göstərən qurumlara və fərdi donorlara təşəkkürnamələr təqdim edilib. Qürurla qeyd edirik ki, Qan donorluğunun təşkilatçılığında fəal iştirakımız üçün şirkətimizə də fəxri fərman təqdim olunub.

