“Bakı Tekstil Fabriki” MMC 1939-cu ildən fəaliyyət göstərir. Həmin dövrdə bütün Qafqaz regionunda ilk əlcək fabrikası idi. Sovet dövründə BTF regionun pambıq məhsullarına olan tələbatının ödənilməsində böyük rol oynayıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra BTF MMC kimi fəaliyyətini davam etdirib. Sovet iqtisadiyyatının prinsiplərindən uzaqlaşmaq, yeni dünya standartlarına keçmək, günün tələblərini öyrənmək və MMC-ni inkişaf etdirmək qərara alındı və buna nail olunur.
Hazırda 5000-dən çox geniş çeşiddə trikotaj məmulatları, Promo geyimlər, Məktəbli geyimi, Tibbi geyim, Tibbi maska, korporativ geyimlər, restoran personalı işçi geyimləri, Alt geyim, Corab , İdman geyimi , o cümlədən xüsusi təyinatlı geyimlər istehsal olunur.
“Bakı Tekstil Fabriki” MMC şirkəti Emzo, Sette bellezze, Corabci, Betex ve BEE brendləri adı altında məhsullar istehsal edir.
2020-ci ildə tüğyan edən Korono virus pandemiyası dövründə ölkəmizin maska təminatının çox hissəsi məhz «Bakı Tekstil Fabriki» MMC tərəfindən təmin olunmuşdur.
2022-ci ildən etibarən Polo Club, De Facto, LC Waikiki kimi brend firmalara da öz məhsullarından ixracat etməyə başlayıb. Tərcübəli işçi heyyəti ən son texnologiya və avadanlıqlarla təmin olunan «Bakı Tekstil Fabriki» MMC hazırda Azərbaycan geyim sektorunun liderlərindəndir. Fabrikimizdə 150 –dən çox işçi heyyəti çalışır. Çalışan işçilərin demək olar ki, əsas hissəsi fabrik yarandığı gündən hal-hazırkı dövrə qədər bizimlə çiyin-çiyinə çalışan əməkdar, zəhmətkeş işçilərdir.
Ünvan: Bakı şəh., Binəqədi ray., M.Ə.Rəsulzadə qəs., Baksol1
Telefon: 012 412 02 06
Mobil: 055 454 00 01
web: www.btf.az
e-mail: [email protected] , [email protected]
İnstagram: https://www.instagram.com/btf.az?igsh=aWx4Z2Y1b2d5ejMy
Facebook: https://www.facebook.com/www.btf.az?mibextid=LQQJ4d