Ofis Ziyarəti “İndigo” – 15.03.2023

15 mart tarixində partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz, İndigo şirkətinə oldu. Müəssisənin təsisçisi Cavid Babayev çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra Cavid bəyin rəhbərliyi ilə istehsalat sahəsini gəzdik və proseslərlə daha yaxından tanış olduq.

İndigo şirkəti 2001-ci ildən fəaliyyətə başlamış, çalışqanlığı və əzmi ilə şərəflə rəqabət apararaq birincilərdən olmağı bacarmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə və cəmiyyətimizin mənəvi prinsiplərinə sadiq qalan şirkət çap sahəsində liderdir. “İndigo” son illər ərzində bu sərhədləri genişləndirərək həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda mühüm addımlar atmağı bacarmışdır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Tek Group Krevetka
Sultanoglu Bearing
SM Fresh Oil
Shane English School
AUF Group
BF Home
Rəmzioğlu Paxlava
Global Stationery Office
Dolma Restoranı