Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 15.10.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. İştirak edən partnyorlarımız ənənəvi qaydada bir-birlərilə yaxından tanış oldular və biznesləri haqqında ətraflı məlumat verdilər.
Bununla yanaşı “Arbitro” şirkətinin rəhbəri Nəcəf bəy hüquq mövzusunda məlumat verdi və iştirakçıların sualları ilə tədbir davam etdi.
Daha sonra görüşdə iştirak edən “ Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Marcom
D-İT
Sahibkarlığın İnkişafına Dəstək Fondu
Arbitro
İnes
Garanti Group İnşaat