İşgüzar Səhər Yeməyi “Başkent” 28.05.2024

Mayın 28-i “Meslehetci.az” şirkəti ilə birgə təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi”ndə sahibkarlarımızı “Başkent” restoranında bir araya gətirdik.

Həm Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumatlandırma, həm də partnyorlar üçün təlim məqsədi daşıyan görüşdə maraqlı müzakirələrimiz oldu.

5-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başda olmaqla bütün fəaliyyətlərimizlə tanış olan partnyorlar daha sonra “Meslehetci.az” şirkətinin təlimində “Gəlirdən çıxılmalı olan, lakin unudulan xərclər” mövzusunda maarifləndilər.

Şirkətin həmtəsisçisi Xalid Cəfərov həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotunun aparılması mövzularına aydınlıq gətirərək partnyorlarımızı məlumatlandırdı.

Meslehetci.az
Başkent
Dekoriza
One Smart Star
Car Club
Logitrans
Piramida Reklam
Qurban.az
Sofistico
İnmotion Trading
Kapitan Su
L-Sim
TWC Management