5-ci “Yerli şirkətlərin tanıtım sərgisi” ilə bağlı iştirakçı şirkətlərlə görüş baş tutub.
Görüş çərçivəsində qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin rəhbərləri fəaliyyətləri ilə bağlı təqdimat edib, sərgi haqqında müzakirələr aparılıb. Əsasən də sərgi üzrə vacib texniki məsələlər və şərtlərlə bağlı sahibkarların sualları cavablandırılıb.
Qeyd edək ki, 200-ə yaxın yerli şirkətin iştirakı ilə 24-26 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.