Marsol Group partnyorları arasında 5-ci Masaüstü Tennis Çempionatı baş tutub.
Marsol Group və QOLAT Sport Services tərəfindən yanvarın 25-i təşkil olunan 5-ci Masaüstü Tennis Çempionatı idman, əyləncə və biznes ruhunu bir araya gətirib. Marsol Group partnyoru olan 40-a yaxın sahibkar maraqlı oyun sərgiləyib, dostluq və əməkdaşlıq üçün yeni imkanlar yaranıb.
Çempionatın yekununda, qalib “Birbank”ın kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev olub. İkinci yeri “Unicons” şirkətinin təsisçisi Cahid Quliyev, üçüncü yeri isə “AzEstetik Group”un rəhbəri Fariz Məmmədov qazanıb. Qaliblər kubok və sertifikatla mükafatlandırılıb.
2025-ci ildə də sosial fəaliyyətlər və idman yarışları daha geniş miqyasda təşkil edilərək sahibkarlar arasında əlaqələrin gücləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, 5-ci Masaüstü Tennis Çempionatının promo tərəfdaşı “Moon Group Poliqrafiya & Promo” şirkəti olub.