Qax kampının ikinci günündə stresli iş mühitindən kənarda, sahibkarlar üçün fərqli əyləncəli fəaliyyətlər təşkil etdik. Səhər yeməyindən sonra maraqlı macəra üçün Qax rayonunun yüksək ərazilərində yerləşən “İlisu” şəlaləsinə ekskursiya təşkil etdik. Şəlaləyə çatmaq üçün piyada qət edilən yarım saatlıq yolda sahibkarlar arasında səmimi söhbətlər baş tutdu. Bu yolda bir çox sərin bulaqla qarşılaşdıqdan sonra nəhayət şəlaləyə çatdıq. Partnyorlarımız mənzərənin möhtəşəmliyini izləməklə qalmayıb, burada xatirə şəkili də çəkdirdilər.

Şəlalə ərazisindəki ekskursiyamızdan sonra düşərgəyə qayıtdıq. Nahar yeməyinin ardından sahibkarlar bir sonraki fəaliyyətlərə qədər asudə vaxtlarını istirahət edərək və əyləncəli masaüstü oyunlarla keçirmək qərarına gəldilər.

Daha sonra günün ən həyəcanlı fəaliyyəti olan parkur oyununa keçid etdik. Tərəfdaşlarımız arasında rəqabət həyəcanını hiss etmək üçün planlanan oyunun hazırlıqlarını tamamladıq. Hər maneədə maraq dolu anlar yaşayan sahibkarlar möhtəşəm performans nümayiş etdirdilər.

Günorta saatlarında Qaxda fəaliyyət göstərən “El Resort Hotel”in voleybol meydançasında keçirilən qarşılaşma ilə kampın əyləncəli anları davam etdi. Sahibkarlar voleybol meydançasında parkur oyununda göstərdikləri performansı nümayiş etdirərək bir-birilərilə yarışdılar. Bu çətin qarşılaşma onlara idmanın gətirdiyi həyəcanı və həvəsi hiss etməyə imkan verdi. Daha sonra hoteldə fəaliyyət göstərən “Novbahar” restoranında axşam ziyafəti təşkil etdik. Ziyafətdə Marsol Region-un Şəki-Zaqatala və Lənkəran bölgəsi üzrə partnyorları da iştirak edərək öz fəaliyyətlərini və təcrübələrini bölüşdülər. Səmimi mühitdə bir araya gələn sahibkarlar arasında yeni tanışlıqlar baş tutması ilə yanaşı Marsol Group-un gələcək fəaiyyətləri haqqında məlumat verildi.

Sosial fəaliyyətlərlə dolu bir günün ardından tonqal ətrafına toplaşdıq və təbiət qoynunda əyləncəli xatirələri bölüşərək gün haqqında təəssüratlarımızı bölüşdük. Bu anlar dostluqların möhkəmləndiyi, yeni bağların yarandığı və unudulmaz xatirələrin formalaşdığı mühit yaratdı. Əyləncəli və həyəcanlı anlarla dolu bu gündə partnyorlarımızın Qax düşərgəsində unudulmaz təcrübələr yaşadıqlarını vurğulamaqdan məmnunuq.