Avqustun 6-sı işıqlandırma və aydınlatma avadanlıqlarının satışını həyata keçirən Marsol Group partnyoru “Eco Life”da sahibkarlarla bir araya gəldik.Görüş zamanı sahibkarlar arasında məqsədyönlü tanışlıq həyata keçirildi, mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda, “Eco Life” şirkətinin təsisçi və direktoru Etibar Vəliyev tərəfindən şirkətin fəaliyyəti və təqdim etdiyi məhsullar barədə sahibkarlara ətraflı məlumat verildi.Sonda sahibkarlar...Ətraflı
Avqustun 6-sı “Mado” restoranında Marsol Group partnyorları ilə “İşgüzar Səhər Yeməyi” baş tutub. Görüşdə ənənəvi olaraq iştirakçıların təqdimatları olub, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb, həmçinin Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı məlumat verilib. İşgüzar görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qeyri-formal və informal təhsilin tanınması şöbəsinin...Ətraflı