Month

Oktyabr 2024
Marsol Group partnyorları oktyabrın 31-i “BF Home” şirkətinin şourumunda qonaq olub. Görüşdə, Türkiyənin Avropada tanınmış markalarının qazan-tava, yemək, qaşıq-bıçaq, çay, şüşə dəstlərini təqdim edən “BF Home” şirkəti haqqında təqdimat olub. Şirkətin rəhbəri Nofəl Əliyev fəaliyyətləri və təklif olunan məhsullar haqqında məlumat verib, həmçinin 2013-cü ildən Avropa ölkələrinə məxsus məşhur pərdə, jalüz və aksessuar markalarını gətirdiklərini...
Ətraflı
Oktyabrın 30-u Marsol Group partnyorları ilə “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi”ndə bir araya gəldik. Görüşdə sağlamlıq sahəsində fikirlərimizə yeni perspektivlər qazandıran təqdimatlar baş tutdu, mərkəzin təsisçisi və rəhbəri ailə, uşaq psixoloqu Vüsalə Əmiraslanova fəaliyyət sahələrini tanıtdı. Daha sonra iştirakçıların səhiyyə sektoru ilə əməkdaşlıq təcrübələri müzakirə olundu. Qeyd edək ki, “Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi”ndə psixoloq,...
Ətraflı
Onlayn görüş çərçivəsində Marsol Region partnyorları ilə növbəti dəfə bir araya gəldik. Oktyabrın 30-u təşkil etdiyimiz onlayn görüşdə əməkdaşlıq potensialı olan sahələri bir araya gətirməklə sahibkarlar arasında maraqlı müzakirələrə vasitəçi olduq.
Ətraflı
Oktyabrın 30-u Marsol Group partnyorları “Başkent” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib. Ənənəvi olaraq iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı təqdimatlar baş tutub. Həmçinin, Marsol Group partnyoru “Slavyanka”...
Ətraflı
Ofis ziyarəti çərçivəsində oktyabrın 29-u Marsol Group partnyorları “Kapital Bank”ın Ağ şəhər KOB Mərkəzi filialında qonaq olublar. Marsol Group-un rəsmi tərəfdaşı olan “Kapital Bank”ın Kiçik və orta sahibkarlara bütün növ bank xidmətləri göstərilən KOB Mərkəzində sahibkarlar arasında tanışlıq olub, yeni əlaqələrin qurulmasına imkan yaranıb. Bununla yanaşı, Ağ şəhər KOB Mərkəzinin rəhbəri Tofiq Mikayılov KOB-lar üçün...
Ətraflı
Ofis ziyarəti çərçivəsində Marsol Group partnyorları oktyabrın 29-u 40-dan çox brendin distribyutoru olan “Fleetstock” şirkətində qonaq olub. İştirakçılar öz bizneslərini təqdim etdikdən sonra şirkətin rəhbəri Emin Həsənli fəaliyyətləri haqqında məlumat verib. Görüşdə şirkətin xidmətlərinə yönəlmiş müzakirələr olub, əməkdaşlıq imkanlarını qiymətləndirmək imkanı yaranıb. Daha sonra “Fleetstock”un təklif etdiyi filter, sürtgü yağları, kompressor, generator, ölçü cihazları, akkumulyator...
Ətraflı
“Marsol Minifutbol Turniri 2024”ün üçüncü turu baş tutdu!Bu tur 1/8-ə gedən yolda son tur idi. Komandalar daha rəqabətli, oyunlar daha da ciddi gedirdi. Oyunçular daha peşəkar oyun oynamağa və ötürmələrin dəqiqliyinə diqqət yetirirdilər. Üçüncü turda 1/8 final mərhələsinə vəsiqə qazanan komandaları təbrik edir, növbəti oyunlarda uğurlar arzu edirik!
Ətraflı
EKVİTA şirkəti 2008-ci ildə İlqar Mehti tərəfindən təsis edilmişdir.  Şirkət 50-dən artıq peşəkar komandası ilə hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidmətləri göstərir.  EKVİTA-nın sektordakı aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq sertifikatlarla təsdiqlənir. Şirkət MDB regionunda İSO 37001 sertifikatını alan ilk və bu günə qədər yeganə konsaltinq şirkətidir....
Ətraflı
26 oktyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Sahara Electronics”, “Global Logistics” və “Tonuby Group”un sponsorluğu ilə “Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası “3-cü Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli,...
Ətraflı
Doha turu yekunlaşdı. Oktyabrın 20-si başlayan səfərimizdə Qətərin paytaxtı Dohada keçirdiyimiz 4 gün müddətində Azərbaycan-Qətər Dəyirmi Masasında iştirak etdik, Azərbaycan Ticarət Evində ekskursiya təşkil olundu. Bununla yanaşı, şəhərin “Souq Wagif”, “İslam İncəsənət Muzeyi”, “The Pearl-Qatar” kimi görməli yerlərini ziyarət etdik, ənənəvi çöl Safarisi və “Dhow Kruiz” turu baş tutdu.
Ətraflı
1 2 3 6