Month

Sentyabr 2024
Sentyabrın 18-də partnyorlarımız “Özsüt” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib. Ənənəvi olaraq iştirakçılar öz fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, “Marsol Plus” mobil tətbiqi, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub. Sonda, 2024-2025-ci il...
Ətraflı
Sentyabrın 17-si “Marriott Baku Boulevard” hotelində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən Azərbaycan-İraq Biznes Forumu çərçivəsində Azərbaycan-İraq Biznes Şurası yaradılıb. Tədbirdə Marsol Group partnyorları da olmaqla Azərbaycandan 50-yə yaxın, İraqdan isə 15 şirkət iştirak edib, iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın güclənməsi, logistika və tranzit...
Ətraflı
Partnyorlarımız sentyabrın 17-si dam örtüklərinin istehsalı ilə məşğul olan “Roofs” şirkətində qonaq olub. Çay süfrəsi ətrafında iştirakçılar öz xidmətlərini tanıdıb, həmçinin şirkətin təsisçisi və direktoru Şamxal Abdullayev “Roofs”un 10 illik fəaliyyəti, məhsulların növləri və ixrac bazarı barədə məlumat verib. Daha sonra istehsal sahəsinə təşkil olunan ekskursiyada sahibkarlar dam örtüyü istehsalı üçün istifadə olunan müxtəlif avadanlıqlar,...
Ətraflı
Sentyabrın 12-si 2024-2025-ci il üzrə Marsol Group sponsoru olan “Moon Group” şirkətini ziyarət etdik. Görüşdə sahibkarlar mətbəə, promo və reklam məhsulları sahəsində ixtisaslaşmış Moon Group şirkəti haqqında ətraflı məlumat əldə etdilər. Şirkətin təsisçisi və direktoru Ruslan Quliyev sahibkarları Moon Group-un təqdim etdiyi məhsullarla tanış etdi, istehsalat sahəsi ziyarət olunaraq məhsulların istehsal prosesi ilə tanışlıq oldu,...
Ətraflı
2024-2025-ci il üzrə Marsol Group sponsoru “Laser Service” şirkətini ziyarət etdik. Sentyabrın 11-i partnyorlarımızla lazer epilyasiya avadanlıqlarının, həmçinin ehtiyyat hissələrinin satışı, icarəsi və servis xidməti ilə məşğul olan “Laser Services”in ofisində çay süfrəsində bir araya gəldik. Əvvəlcə sahibkarlar arasında tanışlıqlar baş tutdu, şirkətin təsisçisi Elvin Musayevlə direktoru Məzahir Quliyev fəaliyyətləri haqqında bizlərə ətraflı məlumat verdi....
Ətraflı
Sahibkarlar arasında səmərəli biznes imkanları təqdim edən onlayn görüşlər davam edir. Sentyabrın 11-i onlayn görüşdə xanım sahibkarların da iştirakı ilə B2B müzakirələr aparılıb. Görüş çərçivəsində regionda fəaliyyət göstərən Marsol Region partnyorları ilə paytaxt sahibkarları arasında tanışlıqlar baş tutub.
Ətraflı
Partnyorlarımızla sentyabrın 11-i “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Məlhəm Beynəlxalq Hospital”ın qonağı olduq. Görüşdə ilk olaraq sahibkarlar bir-birilərilə tanış olaraq şirkətləri haqqında təqdimat etdi yeni biznes ideyaları və əməkdaşlıqlar müzakirə olundu. Daha sonra tibbi xidmətlərin təşkili üçün təyin olunmuş zal və otaqlarla tanış olduq. Hospitalın icraçı direktoru Sevda Əlizadə təqdimat zamanı klinik şöbələr, laboratoriya və diaqnostika...
Ətraflı
Sentyabrın 4-də Marsol Group-un partnyoru olan “Araznet” şirkətinin təsisçisisi Surxay Ələkbərovun Naftalan şəhərində təsis etdiyi “Nafta Medical Hotel”in açılışında iştirak etdik. Möhtəşəm şou proqramlarla davam edən bu tədbirdə iştirak etmək bizim üçün xoş idi. Surxay bəyə müəssisənin açılışı münasibətilə xatirə hədiyyəsi də təqdim etdik. Xoş qarşılama üçün Surxay bəyə və “Nafta Medical Hotel”in kollektivinə təşəkkürümüzü...
Ətraflı
Sentyabrın 9-u KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni diqqətə çatdırmaq, bu sahədə görüləcək birgə tədbirləri müzakirə etmək məqsədilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib. İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər...
Ətraflı
Marsol Region partnyorları sentyabrın 7-si “Şəki Park”da “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəlib. Görüşdə “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bölgələrdə davam edən fəaliyyətlərimiz, eləcə də Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” və “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional...
Ətraflı
1 2 3 4