19 sentyabr tarixində Marsol Group partnyorları dəyirmi masa ətrafında B2B görüşdə bir araya gəlib. Görüş zamanı Bakı Ekspo Mərkəzində baş tutacaq 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” və “Marsol Plus” mobil tətbiqi başda olmaqla digər fəaliyyətlərlə bağlı təqdimat olub, o cümlədən “SAT Group” şirkətinin direktoru Azad Qəhrəmanovun “Korporativ satış və CRM” başlığı altında təlimi baş tutub....Ətraflı
Ofis ziyarəti çərçivəsində partnyorlarımızla sentyabrın 19-u “N-Advert” şirkətində qonaq olduq. Sahibkarlar çay süfrəsi ətrafında şirkətin təsisçisi Namiq Nəbiyevin təqdimatı zamanı müxtəlif rənglərlə və yaradıcı elementlərlə bəzədilmiş reklam məhsulları haqqında məlumatlandılar, onların bu sektordakı təcrübələri müzakirə olundu. Bununla yanaşı istehsalat sahəsini ziyarət etdik. Marsol Group partnyoru “N-Advert” şirkəti əsasən çöl reklamı olaraq paslanmaz poladdan hazırlanmış qabarıq...Ətraflı