Formag Baku – Ofis Ziyarəti 25.05.2021

Bugün partnyorlarımızla birlikdə Amerika, Avropa, Asiya, Afrika, Avstraliya və Okeaniya ölkələrindən hər növ nəqliyyat daşımaları və logistik xidmətləri həyata keçirən «Formag-Baku» şirkətinin ofisində qonaq olduq. İştirak edən sahibkarlar bir-birlərilə yaxından tanış oldular, daha sonra, partnyorumuz «Formag-Baku»nun rəhbəri İlkin bəy şirkətin fəaliyyəti və gördükləri işlər haqqında sahibkarlara ətraflı məlumat verdi. Bununla yanaşı görüşdə logistika sahəsilə bağlı bəzi mövzulara da toxunuldu. İştirak edən hər kəsə təşəkkür edir işlərində uğurlar arzulayırıq!

Görüşdə mövcud vəziyyətlə bağlı profilaktik qaydalara əməl edilmiş və sosial məsafə saxlanılmışdır.

İştirak edən şirkətlər:

Top Servis

Diamond Glass

Hafele

AllPlast

«Formag-Baku» şirkəti 2004-cü ildən Azərbaycanda beynəlxalq logistika xidmətləri göstərir.
Bu illər ərzində Azərbaycanın logistika və yükdaşıma bazarında mühüm təcrübə əldə etmişik və bir çox işlər görmüşük.
Hazırda Amerika, Avropa, Asiya, Afrika, Avstraliya və Okeaniya ölkələrindən hər növ nəqliyyat daşımaları və logistik xidmətləri həyata keçiririk.
Azərbaycana idxal ilə yanaşı qeyd olunan istiqamətlərə həmçinin mütəmadi şəkildə ixrac xidmətləri göstəririk.
Filiallarımız bir sıra ölkələrdə aktiv fəaliyyət göstərir: Ukrayna, Estoniya, Rusiya, Gürcüstan, Qazaxstan, Hindistan, Vyetnam və s.
Filiallarımızla parallel olaraq 200-dən çox partnyor şəbəkəmiz mövcuddur.
Uğurlu fəaliyyətimizin əsas səbəbi xidmətləri yüksək keyfiyyətlə həyata keçirməyimiz və hər bir müştəriyə, həcmindən asılı olmayaraq, individual yanaşmadan ibarətdir.