Onlayn Görüş – Abşeron Logistika Mərkəzi

Bu gün partnyorlarımızla birlikdə növbəti vebinarımız baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız öz işləri və xidmətləri barədə qısa məlumat verərək daha yaxından tanış oldular. Bu dəfəki görüşümüzün xüsusi təqdimatı partnyorumuz “Abşeron Logistika Mərkəzi”nə aid oldu. Mərkəzin nümayəndəsi Ağahüseyn bəy mərkəz və xidmətləri haqqında ətraflı məlumat verdi. Sonda isə, Ağahüseyn bəy partnyor şirkətlərə xüsusi endirimləri olacağını vurğuladı. Nəzərinizə çatdıraq ki, “Abşeron Logistika Mərkəzi” Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. İştirak edən hər kəsə təşəkkür edir və işlərində uğurlar arzulayırıq.