Mayın 27-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.
“Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, Marsol Group partnyorları da olmaqla müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.
Tədbir nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti və infrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkil olunub.
O cümlədən, yaşıl nəqliyyatın inkişafı KOB-lar üçün açdığı yeni biznes imkanları vurğulanıb, müvafiq sahə üzrə təkliflər və qarşıda duran məsələlər öyrənilib, partnyorlarımızın sualları cavablandırılıb.
