“Yaşıl Çay” FT-ni ziyarət etdik – 11.09.2021

Bu gün Lənkəran turu səfərimizdə partnyorumuz “Yaşıl Çay” FT-ni ziyarət etdik. Şirkətin rəhbəri Araz bəy bizi çay plantasiyaları və məhsulları ilə yaxından tanış edərək, istehsal etdikləri çay brendləri haqqında ətraflı məlumat verdi. Daha sonra partnyorlarımızla birlikdə “Yaşıl Çay” FT-nin nəzdində fəaliyyət göstərən restoranda nahar etdik.

Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Lənkəran KOB Dostu Sabir bəy də iştirak edib, KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb. Görüş zamanı cənub zonasında fəaliyyət göstərən sahibkarlar da qonağımız oldu, qarşılıqlı tanışlıqları baş tutdu və öz biznesləri haqqında məlumat verdilər.

 Bununla yanaşı 44 günlük Vətən müharibəsi, XTQ qazimiz Əkbər Məhərrəmov da qonağımız oldu. Bizi qonaq etdiyi üçün başda Araz bəy olmaqla “Yaşıl Çay” FT kollektivinə və iştirak edən hər kəsə təşəkkür edirik!