Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar “Esen Tekstil” – 28.01.2025

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində Marsol Group partnyoru “Esen Tekstil” fabriki ziyarət olunub.

Yanvarın 28-i ofis və istehsalat ziyarəti çərçivəsində xanım sahibkarların iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən ən böyük tekstil fabriklərindən biri “Esen Tekstil” fabriki ilə tanışlıq olub. Görüş zamanı iştirakçılar fəaliyyətləri ilə bağlı maraqlı təqdimatlar edib, yeni əlaqələrin qurulmasına imkan yaranıb.

Bununla yanaşı, şirkətin biznes departamentinin rəhbəri Tina Orucova “Esen Tekstil”in fəaliyyət istiqamətləri, müştərilərin müxtəlif ehtiyaclarına cavab verən yüksək keyfiyyətli geyimlər və uniformların istehsal prosesi ilə bağlı məlumat verib.

Daha sonra iştirakçılarla fabrikin istehsalat sahəsi ziyarət olunub.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə təşkil olunan layihə çərçivəsində təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər baş tutacaq.

Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.

This will close in 0 seconds