Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar – 30.01.2025

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində 30 yanvar tarixində “La Liga Lounge Center”də “Axşam ziyafəti və Mafia” oyunu baş tutub.

Xanım sahibkarların layihə çərçivəsində ənənəvi işgüzar görüşlərdən əlavə sosial fəaliyyətlərdə bir araya gəlməsi, asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi məqsədi daşıyan görüşdə iştirakçılar maraqlı oyun sərgiləyiblər.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə təşkil olunan layihə çərçivəsində təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər baş tutacaq.

Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.

This will close in 0 seconds