“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində “İşgüzar Səhər Yeməyi” baş tutub.
Yanvarın 22-si “MADO” restoranında keçirilən görüşdə xanım sahibkarlar qarşılıqlı əlaqələr quraraq yeni ideyalardan, iş metodlarından xəbərdar olub, bu mövzuda fikir mübadiləsi aparıblar.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyəv, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev də iştirak edib, xanım sahibkarların fəaliyyətini və təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.
Həmçinin, xanım sahibkarlar kadr çatışmazlığı ilə bağlı qarşılaşdıqları çətinliklər haqqında Sadiq Əliyevlə sual-cavab sessiyası ediblər.
Sonda, “Aslanov Group”un “Satışda doğru bildiyimiz yalnışlar” başlığı altında təlimi baş tutub. Şirkətin təsisçisi və direktoru Sarvan Aslanov iştirakçılara satış prosesində rast gəlinən yalnış yanaşmalar, effektiv müştəri münasibətləri qurmağın əhəmiyyəti və digər mövzularda biliklərini bölüşüb.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə təşkil olunan layihə çərçivəsində təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər baş tutacaq.
Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.