“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində “Biznes yönümlü HR sistemləri” mövzusunda təlim təşkil olunub.
Fevralın 7-si “Bakı KOB evi”ndə baş tutan təlimdə “HRengineering” şirkətinin təsisçisi, İnsan resurslarının idarə edilməsi üzrə peşəkar ekspert Turaal Məmmədov bu sahədə yeni yanaşmalar təqdim edib. Təlimçi, HRM-in funksiyaları, İnsan resurslarının idarə edilməsinin şirkətin ümumi hədəflərinə uyğunlaşdırılması haqqında biliklərini bölüşüb, iştirakçıların suallarını cavablandırıb.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə təşkil olunan layihə çərçivəsində təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər baş tutacaq.
Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.
