Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar – 04.02.2025

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində növbəti dəfə “İşgüzar Səhər Yeməyi” baş tutub.

Fevralın 4-ü “Məlhəm Beynəlxalq Hospital”da baş tutan görüş zamanı xanım sahibkarlar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb, yeni əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşdə, hospitalın icraçı direktoru Sevda Əlizadə təqdim etdikləri tibbi xidmətlər barədə məlumat verib, peşəkar həkim heyəti ilə tanışlıq olub.

Sonda tibbi mövzuda maarifləndirici seminar baş tutub.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə təşkil olunan layihə çərçivəsində təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil olunur.

Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum Azerbaycan” media tərəfdaşı isə “Sharaf Media”dır.

This will close in 0 seconds