Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar – 01.03.2025

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində martın 1-i xanım sahibkarlar üçün “Stressin İdarə Edilməsi və Dayanıqlılıq (Resilience)” mövzusunda təlim baş tutub.
Təlimdə Günel Ələsgərli gərginliyi idarə etməyin effektiv yolları, mental dayanıqlılıq və psixoloji dözümlülük strategiyaları, soyuqqanlı qərarlar vermək üçün texnikalar və bu kimi mövzularda biliklərini bölüşüb, oyun əsaslı interaktiv yanaşma, real biznes dünyasından nümunələr və praktiki tapşırıqlarla təlim davam edib.

This will close in 0 seconds