Türkiyə Azərbaycan İş adamları arasında görüş – 11.07.2024

İyulun 11-i Bursa Ticarət və Sənaye Palatası UR-GE layihəsi çərçivəsində Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəyi ilə “dondurulmuş qida” və “emal olunmuş qida” sektorunda fəaliyyət göstərən 26 istehsalçı-ixracatçı firmadan ibarət heyətlə Azərbaycanda B2B görüş təşkil olunub.

Sərgi fotmatında təşkil olunan görüşdə məqsədəuyğun olaraq Bakıda fəaliyyət göstərən qida məhsulu idxalçıları, topdan satış həyata keçirən firmalar, istehsalçılar və distribyutorlarla türk iş adamları arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Türkiyənin qida məhsul ixracında özünəməxsus yerə sahib olan firmalar emal olunmuş qida, süd məhsulları, tərəvəz, meyvə və dondurulmuş qida məhsullarını nümayiş etdiriblər.

20-dən çox Marsol Group partnyoru da görüşdə iştirak edib, türk iş adamları və şirkət nümayəndələri ilə əməkdaşlıqlar müzakirə olunub.

This will close in 0 seconds