“Təşkilati İnfrastrukturun Qurulması” təlimi yekunlaşıb!

“Təşkilati İnfrastrukturun Qurulması” təlimi yekunlaşıb!

Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan 12 saatlıq təlim çərçivəsində “HRengineering” şirkətinin təsisçisi və insan resurslarının idarə edilməsi üzrə peşəkar ekspert Tural Məmmədov iştirakçılara təşkilati idarəetmə və insan resurslarının effektiv idarə olunması sahəsində dərin biliklər təqdim edib. Təlim zamanı iştirakçılar təşkilati inkişafın əsas prinsipləri və insan resursları strategiyalarını tətbiq etmək üçün nəzəri biliklərə yiyələniblər.

Yekunda bütün iştirakçılara təlimdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim edilib.

İnanırıq ki, təlimdə əldə olunan biliklər, iştirakçıların insan resurslarının idarə edilməsi və təşkilati inkişaf sahəsində daha effektiv yanaşmalar tətbiq etmələrinə, strateji baxışlarını möhkəmləndirməyə, ümumilikdə bizneslərinin inkişafına mühüm töhfə verəcək.

This will close in 0 seconds