Aprelin 4-ü Marsol Academy tərəfindən təsisçi və rəhbərlər üçün təşkil olunan “Təşkilati infrastrukturun qurulması” mövzusunda təlimin ilk mərhələsi uğurla yekunlaşıb.
Təlim çərçivəsində “HRENGINERING” şirkətinin təsisçisi və insan resurslarının idarə edilməsi üzrə peşəkar ekspert Tural Məmmədov təsisçi və rəhbərlər üçün İR-nın idarə edilməsi sahəsində əsas prinsipləri, təşkilati inkişaf və insan resursları idarəçiliyini təqdim edib.
Həmçinin, bu sistemləri qurarkən qarşılaşa biləcəkləri çətinliklər, gözləntilər və yanaşma üsulları müzakirə edilib.
Qeyd edək ki, 6 həftə ərzində hər həftə 2 saat davam edəcək təlim, rəhbərlərin strateji baxışlarını gücləndirmək və təşkilati sistemlərin effektivliyini artırmaq məqsədini daşıyır.
Təlimin növbəti mərhələlərində iştirakçılar daha praktiki yanaşmalar və inkişaf etmiş strategiyalarla tanış olacaqlar.
