Təşkilati infrastrukturun qurulması – 25.04.2025

Aprelin 25-i Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Təşkilati infrastrukturun qurulması” mövzusunda təlimin dördüncü mərhələsi baş tutub.

Təlim çərçivəsində “HRengineering” şirkətinin təsisçisi və insan resurslarının idarə edilməsi üzrə peşəkar ekspert Tural Məmmədov bu dəfə “Grading” sisteminin qurulması haqqında məlumat verib.

Qeyd edək ki, təlim rəhbərlərin strateji baxışlarını gücləndirmək və təşkilati sistemlərin effektivliyini artırmaq məqsədi daşıyır. Təlimin növbəti mərhələlərində iştirakçılar daha praktiki yanaşmalar və inkişaf etmiş strategiyalarla tanış olacaqlar.

This will close in 0 seconds