Aprelin 11-i Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Təşkilati infrastrukturun qurulması” mövzusunda təlimin ikinci mərhələsi baş tutub.
Təlim çərçivəsində “HRENGINERING” şirkətinin təsisçisi və insan resurslarının idarə edilməsi üzrə peşəkar ekspert Tural Məmmədov səriştəlik modeli, kritik vəzifələrin müəyyən edilməsi, təşkilati təminatların yaradılması və bu proseslərin şirkətin ümumi uğuruna necə töhfə verdiyi mövzularında biliklərini bölüşüb.
Qeyd edək ki, 6 həftə ərzində hər həftə 2 saat davam edəcək təlim, rəhbərlərin strateji baxışlarını gücləndirmək və təşkilati sistemlərin effektivliyini artırmaq məqsədini daşıyır.
Təlimin növbəti mərhələlərində iştirakçılar daha praktiki yanaşmalar və inkişaf etmiş strategiyalarla tanış olacaqlar.
