Mayın 2-si Marsol Academy tərəfindən Marsol Group partnyorları üçün təşkil olunan “Təşkilati infrastrukturun qurulması” mövzusunda təlimin beşinci mərhələsi baş tutub.
Təlim çərçivəsində “HRengineering” şirkətinin təsisçisi və insan resurslarının idarə edilməsi üzrə peşəkar ekspert Tural Məmmədov yenidən “Grading” sisteminin qurulması haqqında ətraflı məlumat verib, “KPİ” (Əsas Performans Göstəriciləri) və digər mühüm mövzular müzakirə olunub.
Qeyd edək ki, təlim rəhbərlərin strateji baxışlarını gücləndirmək və təşkilati sistemlərin effektivliyini artırmaq məqsədi daşıyır. Təlimin növbəti mərhələsində iştirakçılar daha praktiki yanaşmalar və inkişaf etmiş strategiyalarla tanış olacaqlar.
