İyunun 13-ü Təhsilin İnkişafı Fondu ilə Marsol Group arasında onlayn görüş keçirilib.
Görüşdə Fondun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova və Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov iştirak edərək, Marsol Group partnyorlarına Fondun layihələri ilə bağlı məlumat verib.
Ölkə üzrə bütün ali təhsil müəssisələrinin tələbələrinin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyan “TələbəPlus” layihəsi, eləcə də azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılmasını təmin edən “Qarabağ Təqaüd Proqramı” haqqında verilən məlumatlara əsasən iştirakçılar arasında müzakirələr aparılıb.
