Təhsildən biznesə: tələbələr üçün karyera yolu

Universitet-Sənaye İşbirliyi çərçivəsində martın 14-ü Azərbaycan Dövlət İqtisad Universitetində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsinin praktiki təlimi keçirilib.

Azərbaycan Dövlət İqtisad Universiteti, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Academy-nin birgə təşkilatçılığı, UNEC Karyera Mərkəzinin dəstəyi ilə baş tutan panel-görüşdə “Marsol Academy”nin “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları və universitetin bakalavr pilləsində təhsil alan tələbələri iştirak edib.
Tədbirdə İCMA-nın baş katibi İlqar Axundov layihənin əhəmiyyətindən danışaraq, universitet-sənaye əməkdaşlığının gənclərin karyera inkişafında oynadığı rolu vurğulayıb.
İCMA-nın İdarə Heyəti sədrinin müavini və Marsol Group-un direktoru Bilal Qasımlının moderatorluğu ilə tədbir davam edib, spiker qismində “Azestetik Group”un təsisçisi və rəhbəri Fariz Məmmədov, “Media FM” radiosunun baş direktoru Rüstəm Əliyev və “ƏSRİK” şirkətinin həmtəsisçisi və direktoru Sərkərdə Əliyev gənclərlə təcrübələrini bölüşərək səmimi sual-cavab sessiyası ediblər.
Layihə tələbələrin gələcək karyera planlarını düzgün istiqamətləndirməklə yanaşı, onların praktiki biliklərə yiyələnməsinə və sahibkarlıq bacarıqlarını inkişaf etdirməsinə töhfə verir.

This will close in 0 seconds