Universitet-Sənaye İşbirliyi çərçivəsində dekabrın 18-i Bakı Mühəndislik Universitetində “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” layihəsinin praktiki təlimi keçirilib.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), “Marsol Academy”, və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə baş tutan panel-görüşdə “Marsol Academy”nin “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları və universitetin bakalavr pilləsində təhsil alan tələbələri iştirak edib.
Tədbirdə Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin rəhbəri Gülçöhrə İbrahimova çıxış edərək Universitetin fəaliyyətləri haqqında məlumat verib.
Daha sonra İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyəti sədrinin müavini və Marsol Group-un direktoru Bilal Qasımlının moderatorluğu ilə tədbir davam edib, spiker qismində “Məlhəm Beynəlxalq Hospital”ın direktoru Sevda Əlizadə, “Concrete Bureau” şirkətinin təsisçisi Bəxtiyar Əhmədov, “Holberton School Azerbaijan”ın CEO-su Şəmsi Bayramzadə və “Aslanov Group”un təsisçisi və direktoru Sarvan Aslanov gənclərlə təcrübələrini bölüşərək səmimi sual-cavab sessiyası ediblər.