Şimali Kipr Türk Cümhuriyyətində investisiya fürsətləri ilə bağlı onlayn görüş – 18.12.2024

Şimali Kipr Türk Cümhuriyyətində investisiya fürsətləri ilə bağlı onlayn görüş keçirilib.

Dekabrın 18-i Marsol Group partnyorları və Şimali Kiprdə fəaliyyət göstərən “Döveç Group” arasında baş tutan onlayn görüşdə Marsol Group-un təsisçisi Tural Mustafayev, Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen, “Döveç Group”un İdarə Heyətinin sədri Burçin Döveç və satış meneceri Nurana Karabatak iştirak edib.

Görüşdə sahibkarlar arasında tanışlıq olub, “Döveç Group”un davam edən və tamamlanmış layihələri haqqında təqdimatı baş tutub.

Həmçinin məqsədyönlü olaraq, Şimali Kiprdə sürətlə inkişaf edən daşınmaz əmlak sektoru və regionun strateji üstünlüklərinə əsasən Marsol Group partnyorları ilə əməkdaşlıq perspektivləri və investisiya imkanları müzakirə olunub.

This will close in 0 seconds