23 may tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sabancı Universiteti Executive Development Unit-in (EDU) biznesin inkişafı üzrə meneceri Özge Özkan, beynəlxalq satış və biznesin inkişafı meneceri Akhan Özten və EDDE Global şirkətinin direktoru Miryusif Cavadzadə arasında işgüzar görüş baş tutub.
Görüşdə iki qurum arasında əməkdaşlıq imkanları, birgə fəaliyyət sahələri və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, Marsol Group partnyoru olan şirkətlər üçün Sabancı Universitetinin biznes və idarəetmə sahəsində xüsusi təlim proqramlarının təşkil olunması məsələsi müzakirə olunub. Eyni zamanda, Sabancı Universiteti ilə Marsol Academy arasında peşəkar inkişaf və təlim sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.
