14 dekabr tarixində “Baku Marriott Hotel Boulevard”da “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçirilir.
Sənaye təhlükəsizliyi çərçivəsində iş yerlərindəki insidentlərin qarşısının alınması, təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin karbon izinin azaldılması mövzularının müzakirə olunduğu tədbirdə 350-dən çox iştirakçı, o cümlədən dövlət tənzimləyici qurumlarının, özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri iştirak edir.
Qeyd edək ki, bir bütöv günü əhatə edəcək tədbirdə Marsol Group partnyorları ilə iştirakımız zamanı sənaye sektorunda təhlükəsizliyin artırılması və karbon emissiyalarının azaldılmasına töhfə vermək məqsədilə tətbiq olunan yeniliklər və bu sahədə müasir innovasiyaları müzakirə etdik.