Şəki şəhərində fəaliyyət göstərən Marsol Region partnyorlarının müəssisələri ziyarət olunub.
Mayın 8-də Bakı, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarından sahibkarların iştirakı ilə Şəkidə fəaliyyət göstərən “İmdatoğulları” və “Evqur” inşaat müəssisələri ziyarət olunub. Bundan əlavə, məişət texnikalarının servisi sahəsində ixtisaslaşmış “Şəki Servis Mərkəzi”, aqroekoturizm konsepti ilə fəaliyyət göstərən “BioGarden” müəssisəsi və “Əliəhməd Şirniyyat Evi” də ziyarət edilib.
Görüş zamanı müəssisələrin fəaliyyət istiqamətləri və təqdim etdikləri xidmətlərlə yaxından tanışlıq olub, regiondakı biznes mühitinin inkişafı haqqında fikir mübadiləsi aparılıb.
