Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyəti, sahibkarlar və Marsol Group əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri qoyulub.
