2003-cü ildə qurulmuş “RİCON” MMC, ixtisaslaşmış bir təşkilat olaraq enerji obyektlərinin inşası, meliorasiya, sənaye və mülki inşaatı ilə məşğul olmuş, ölkəmizdə bir çox mühüm layihələr həyata keçirmişdir. Uzun illərdir fəaliyyət göstərərək yüksək ixtisaslı mütəxəssislər və mühəndislər yetişdirmişdir. Sənaye, mülki və ictimai obyektlər, habelə sənaye obyektlərinin əsas və köməkçi avadanlıqlarının quraşdırılmasında iştirak etmişdir.

Bununla yanaşı, ölkəmizin davamlı inkişafını və müasirliyini nəzərə alaraq yeni texnologiyaların standartlarına uyğun, təcrübəsini genişləndirən və bir çox mütəxəssis yetişdirən bir müəssisədir. “RİCON” MMC Alman Beynəlxalq sertifikat şirkəti TUVNORD-un auditindən uğurla keçərək sertifikatlar əldə etmişdir: İSO 9001: 2015, İSO 14001: 2015, İSO 45001: 2018

İnşaat – sənaye və mülki tikinti işləri

Metal-konstruksiya – istehsalı və quraşdırması

Rezervuarların quraşdırılması və izolyasiyası – istənilən həcmdə yağ, mazut, yanacaq, sement və su çənlərinin, anbarların hazırlanması və quraşdırılması

Meliorasiya işləri – boru kəmərlərinin quraşdırılması, hidrotexniki qurğuların quraşdırılması və təmiri, kollektor-dren şəbəkələrin lildən təmizlənməsi, kanalların beton üzlüyə alınması və torpaq işləri

Neft və qaz – emal sahəsində nasos stansiyalarının, qazanxanaların və boru kəmərlərinin quraşdırılması

Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması mühəndis – texniki qurğularının, rabitə və ektrik şəbəkələrin tikintisi

İstixanalar – müasir tipli istixanaların quraşdırılması

Abadlıq – yaşıllaşdırma və abadlıq-quruculuq işləri

Ünvan: Heydər Əliyev pr. 152, Çinar Plaza, Azərbaycan, Bakı.

Telefon: +994 12 567 16 06

Mobil: +994 55 211 11 16

web: https://ricon.az/

e-mail: tamila.tanriverdiyeva@ricon.az / [email protected]