Regional Tərəfdaşların İnkişafı “Balakan Foods” -13.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Zaqatala şəhərində fəaliyyət göstərən “Balakan Foods” MMC-nin qonağı olduq. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Zaqatala KOB Dostu Fuad Əliyev iştirak edib.Bizi “Balakan Foods” şirkətinin istehsalat müdiri Altun Əsədov qarşıladı. İlk öncə şirkətin meyvə qurutma müəssisəsi ardınca müxtəlif çeşiddə şokoladlı qənnadı məmulatlarının istehsalatı ilə tanış olduq. Altun bəy şirkətin yeni layihələri, ixrac gücü, hədəfləri haqqında məlumatlar verib, bizi istehsal olunan məhsulların keçdiyi mərhələlərlə yaxından tanış etdi. Ən sonda şirkətin şourmu və mağazasını gəzdik. Hazel, bu gün yüksək keyfiyyətli, əvəzolunmaz dada malik olan Belçika şokoladlarından istifadə edərək, çox çeşidli, hər zövqə uyğun şokolad məmulatlarını müştərilərinə təqdim etməkdədir.Qarşılama və xoş münasibət üçün Altun bəyə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds