“Qoç ət kəsim və istehsalat” MMC

“Qoç Ət” şirkəti ilk olaraq 1997-ci ildə Bakı şəhəri, Təbriz küçəsində bir kiçik fermer mağazası ilə fəaliyyətə başlamış, daha sonra sıra ilə “Nizami”, “Elmlər”, “Azadlıq”, “Nərimanov”, “Badamdar”, “Lökbatan” restoran-filiallarını qurmuş, 2021- ci ildə isə Azərbaycanda ilk olaraq böyük qürurla Şuşada 7-ci filialını açmışdır.  Hazırda yeni şöbələrin yaradılması istiqamətində işlərimiz davam edir.

Keçmişdən qazandığı təcrübə ilə 25 ildən artıq Azərbaycan bazarında xidmət göstərən Qoç Ət şirkəti son 15 ildə brend olmaq yolunda ciddi addımlar atmış və istehsal etdiyi məhsulları Azərbaycan istehlakçısına çatdırmağı bacarmışdır. “Halallıqla xidmətinizdəyik!” devizinə sadiq qalmaqla, keyfiyyətə və gigiyenaya daima önəm verərək istehsal etdiyimiz məhsullar Respublikamızın müxtəlif bölgələrində bəslədiyimiz cins iri və xırdabuynuzlu heyvanlardan əldə edilir.

Qoç Ət şirkəti Azərbaycanda dürüstlük və etibarlılıq naminə məhsulların keyfiyyəti, halallığı və yüksək səviyyəli xidməti ilə müştəri məmnunluğunu özünün başlıca prinsipi kimi qəbul etmişdir. 

Şirkətimiz ölkənin sosial həyatında fəal iştirakına, qazi, şəhid ailələri və digər həssas təbəqəyə göstərdiyi dəstəyə görə müxtəlif dövlət qurumlarının diplom, təşəkkürnamə və sertifikatları ilə təltif edilmişdir.

Keyfiyyətli xidmətinin qarşılığı olaraq hər zaman dövlətin qayğısını hiss edən Qoç Ət Azərbaycandan ilk olaraq KOBİA-nın dəstəyi ilə BƏƏ-nin Dubay şəhərindəki “Azərbaycan Evi”ndə “Made in Azerbaijan” brendi altında ət məhsullarının satışını həyata keçirmişdir.

O cümlədən, bütün bu illər ərzində səmərəli fəaliyyətinə görə Şirkətimiz 2022-ci ildə İqtisadiyyat Nazirliyinin 7 illik təşviq proqramına daxil edilmişdir. 

Yem istehsalından tutmuş ət istehsalına qədər bütün prosesi özündə cəmləşdirən Qoç Ət şirkəti yem bitkilərini yetişdirmək üçün torpaq əraziləri, yem istehsalı, kəsim, ət və süd emalı müəssisələri ilə inteqrasiya olunmuş struktura malikdir.

Bütün proseslər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi qaydalara uyğun aparılır və müasir texnoloji avadanlıqlardan istifadə olunur.

Müəssisəmizdə heyvanların bütün peyvəndləri vaxtında və tam şəkildə baytar həkimlər tərəfindən aparılır.

Halal Sertifikata sahib olan şirkətimizdə yetişdirmə və istehsalın bütün mərhələlərinəbaytar həkimlər və qida mühəndisləri tərəfindən nəzarət edilir. 

İslami qaydalara uyğun olaraq kəsim prosesi kəsimxanada peşəkar qəssablarımız tərəfindən başa çatdırıldıqdan sonra ət 24 saat soyuducuda dinləndirilir, sonra isə emal bölümündə gigiyenik şəraitdə hazırlanaraq qablaşdırılır.

“Qoç Ət” şirkəti daha bir ilki gerçəkləşdirərək, Azərbaycanın milli brendi olmağı bacarmış, öz komandasında 500-ə yaxın professional kadrları ilə 2024-cü ildən başlayaraq ölkəmizin bu əvəzolunmaz ləzzətlərini xarici ölkələrdə tanıtmaq, dövlətimizin ixrac potensialına töhfə verərək Azərbaycan brendini dünyaya tanıtmağı qarşıya məqsəd qoymuşdur.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 36, məh. 3066

Telefon: 012-561-61-82

Mobil: +994 55 357 41 77

web: www.qocet.az

e-mail: [email protected]

Facebook: Qoç ət

İnstagram: qochet