“Qida sahəsində idxal, ixrac və istehsalat” mövzusunda görüş keçirilib.

Bu gün “Arion” hoteldə qida sahəsində fəaliyyət göstərən sahibkarlarla “İdxal, ixrac və istehsalat” mövzusunda görüş keçirilib.
Tədbiri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Sahibkarlığın İnkişafına Dəstək Fondu, Azpromo və Marsol MMC birgə təşkil edib. Görüş müvafiq qurumların nümayəndələrinin iştirakı və Marsol MMC-nin təsisçisi Tural Mustafayevin moderatorluğu ilə baş tutub. Tədbirdə çıxış edən sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və görüş qarşılıqlı diskussiya şəraitində davam edib.


Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.


İştirak edən şirkətlər –

Dalğa Balıq
İncert MMC
Sona Cake House
Crispa
Kababçı
İslamoğlu UN məmulatları
Hanoğlu
MR Beef
Qurban.az
Dolma Restoranı Lounge
Gate-25
Outside

This will close in 0 seconds