Biz – “Prof Solutions” müasir, yenilikçi və günün təlabatlarını tam qarşılayan təchizat və logistika şirkətiyik. Komandamız istədiyiniz avadanlıqları sizin üçün istehsal sahələrindən istehlak sahələrinə daşınmasını həyata keçirdir.

Gənc, eyni zamanda təcrübəli komandamız həm ölkə daxili, həm də xarici bazarda öz sözünü demiş şirkətlərlə əlaqədə olduğu üçün təchizat zənciri roluna xidmət edir. Buna uyğun olaraq da tikinti materiallarının, elektrik avadanlıqlarının, beton özüllərin, kimyasalların alışı, nəqliyyat və gömrük rəsmiləşməsi, icazə sənədlərinin alınması, saxlanılması xidmətlərini sizə təqdim edirik. Həmçinin rahatlığınızı nəzərə alaraq çatdırılma və tikinti sahəsindəki xidmələr də istəyinizə uyğun olaraq şirkətimiz tərəfindən həyata keçirilir.

Müştəri məmnuniyyətini məqsəd qoyan, hər bir müştəriyə fərdi yanaşan komandamız bu prinsipə xidmət etmək üçün hər zaman çalışır. Daim münasib qiymətli və keyfiyyətli məhsulları təqdim edən, bazarı araşdıran əməkdaşlarımız sizə ən doğru avadanlıqları seçməyə kömək etməklə, rahatlığınıza xidmət etməkdən hər zaman məmnundur.

Ünvan: Xətai prospekti 34,Luxen plaza

Telefon: +994 12 496 13 28

Mobil: +994 50 210 56 68

web: profsolutions.az

e-mail: sales@profsolutions.az

İnstagram: profsolutions.az