“Prochem” şirkəti Azərbaycan brendi olaraq yüksək standartlara malik beton qatqıları istehsalı ilə fəaliyyət göstərməkdədir. 

İlk olaraq beton qatqısı nədir və nə üçün istifadə olunur suallarına cavab olaraq izah etmək istəyirik ki, beton qatqısı  təzə və ya sərtləşmiş betonun özəlliyini inkişaf etdirmək məqsədilə istifadə olunan beton qatqıdır.

Beton istehsalı zamanı betona qatqı əlavə edilir ki, bu da bilavasitə betonun homojen qatılıqda olmasını, daha az su ilə beton istifadəsini,betonun erkən və son müqavimət alınmasını, uzun ömürlü,dözümlü olmasını, betonun axıcılığını təmin edir, habelə betonu yay və qış mövsümünün yarada biləcək mənfi təsirlərindən qoruyur, betonda yarana biləcək mikro və ya makro çatların qarşısını alır. “PROCHEM” MMC-nin istehsal etdiyi qatqıların bir neçəsinin adları çəkmək istərdik: “PLASCRET 200”, “PLASCRET 500”, “PLASCRET 800”, “PLASCRET 1000” ,”PROFREEZE”, “RETARDER” və.s. Qeyd edək ki, bu qatqıların hər biri təyinata uyğun olaraq istehsal edilərək müştərilərə təqdim edilir.

Müştəri betonda arzu olunan nəticəni əldə etməsi üçün beton qatqısı beton dizaynı ilə uyğunluq təşkil etməsi əsas şərtdir. Belə ki, Müştəri məmnuniyyəti prinsipini əsas meyar tutaraq  “Prochem”komandası qatqının texniki göstəricisi və eyni zamanda qatqının təyinatları barədə müştərilərə lazımi məlumatı çatdırmaqla müştərilərin işini asanlaşdıraraq onlara daha uyğun və sərfəli həll yolları təqdim edir.

“Prochem” şirkəti yaranan gündən etibarən  aşağıda adları qeyd olunan şirkətlərlə əməkdaşlıq edir:

“Silkway”, “ANT”, “Haqq Baba”, “Abşeron Tikinti ”  “Hövsan Beton”,  “Steel Beton”, “Əfsanə Beton”, “Gilan Beton” və.s

Ünvan: Nəsimi ray. Nizami 91

Telefon: 012 511 25 00

Mobil: 051 802 25 00

web: prochem-az.az

e-mail: info@prochem-az.az