Şirkətimiz 2015-ci ildə fəaliyyətə başlamışdır. Şirkətimizin
əsas fəaliyyət sahəsi “P-Plast” markalı plastik boruların
və boru birləşmələrinin Azərbaycanda istehsalı,
ölkə daxilində və ölkə xaricində (Gürcüstan, Rusiya və
Qazaxıstan) su, qaz sistemlərinin quraşdırılması üçün
lazım olan materialların, kanalizasiya sistemlərinin satışını
təşkil etməkdədir. Bütün məhsullar Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi tərəfindən təqdim edilmiş Uyğunluq
sertifikatına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena
və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş gigiyenik
sertifikata malikdir.
Yerli brend olaraq, “Polymart” MMC “Made in Azerbaijan”
markası ilə Azərbaycanı ölkə xaricində də layiqincə
təmsil edir. Daim dinamik inkişafda olan Polymart MMC
müştərilərinə onların ən iddialı layihələrini gerçəkləşdirmək
üçün yaxından kömək edir.

Ünvan: AZ1075, Azərbaycan, Bakı,
Əhməd Rəcəbli küç.1 TIVI plaza

Telefon: +994 12 464 83 70 +994 51 788 88 33

Web: www.polymart.az

Email: office@polymart.az